ŞOK! Arda Turan məşhur müğənnini xəstəxanalıq etdi

Türkiyə millisinin və "Başakşəhər"in yarımmüdafiəçisi Arda Turan növbəti qalmaqala səbəb olub.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu gecə klublarının birində müğənni Berkay Şahinlə dalaşıb və onun burnunu qırıb. Sənət adamı xanımı ilə birgə xəstəxanaya əməliyyat olunmaq üçün yollanıb.

Berkayın həyat yoldaşı Özlem Şahin hadisənin təfərrüatlarını danışıb: "Arda əlimə toxundu və qulağıma "Çox gözəl qızsan. Evli olmasaydın, səni kimi qızı əldən verməzdim" dedi. Mən də "Özünə gəl, Arda, nə söyləyirsən sən?" dedim. Berkay bizi gördü və anladı. Aradya "Yoldaşımla kişi kimi söhbət edin" dedim. Həmin anda Berkay mənə "Səni evə göndərirəm" dedi. Geri çevriləndə isə Arda onun ağzının üstündən yumruq vurdu. Berkay ona toxunmadı. Bir dəfə olsun belə vurmadı. Ona "Özlemi evə göndərim, kişi kimi danışaq" dedi. Bu sözündən sonra Arda ona yumruqla vurdu. Berkayı qan içində dərhal xəstəxanaya çatdırdıq. Az sonra əməliyyata girəcək. Birdən onun səsinə nəsə olsa? O, bununla pul qazanır. Mən Ardanın həyat yoldaşını yaxından tanıyıram, münasibətimiz də əladır. Ardanın xanımı hamilədir. Belə şeyi heç edərlər?"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right