Jardimin əvəzinə Anri

Mövsümə uğursuz start verən "Monako" klubunun rəhbərliyi baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, "knyazlıq klubu" Leonardo Jardimlə yolları ayırlmağı və onun əvəzinə Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anrini gətirmək istəyir. Fransa mətbuatının məlumatına görə, Jardimlə təzminat məsələsi çözüldükdən sonra vəzifəsinə son veriləcək. Məlumata görə, klub Anri ilə danışıqlar aparır.

Qeyd edək ki, Anri "Monako"nun heyətində 1996/1997-ci illər mövsümündə Fransa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right