"Azərbaycanı məğlub etməliyik" - Farer adalarının üzvü

"Hər iki komandanın qrupda qalib olmaq şansı var. Bu səbəbdən də matç iki tərəf üçün də vacib olacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Millətlər Liqasında yığmamızın rəqibi olan Farer adalarının yarımmüdafiəçisi Hallur Hansson deyib. 26 yaşlı futbolçu millimizi məğlub etmək istədiklərini deyib: "Evdə Maltaya qalib gəlmişik. Artıq necə qələbə qazanmaq lazım olduğunu bilirik. 3 xal bizə lazımdır, buna görə də rəqibi məğlub etməliyik. Məğlubiyyət isə işləri tərs edəcək. Azərbaycan da güclü komandadır".

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right