“Düzünü desəm, paytaxt klubu yeni müqavilə təklif etməyib” Fabreqas

“Çelsi”nin futbolçusu Sesk Fabreqas gələcək karyerası haqda danışıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi “Çelsi”də qalmaq istədiyini deyib.

Fabreqas “Çelsi”yə 2014-cü ildə “Barselona”dan transfer olunub: “Düzünü desəm, klub yeni müqavilə təklif etməyib. “Çelsi” ilə hələ 8 aylıq müqaviləm var. Burda qalmaq istəyirəm. 4,5 ildir burdayam.

Azarkeşlər və futbolçular arasında çox yaxşı münasibət var. Komandaya faydalı olacağımı düşünürəm. Yenə də, son qərarı rəhbərlik özü verəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right