Azər Əliyevdən məhsuldar ötürmə, komandası 1 xal qazandı

Rusiya Premyer Liqasında 10-cu turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə Tula “Arsenal”ının qonağı olub və 1-1 hesablı heç-heçə edib.

Əliyev ilk hissənin sonuncu dəqiqəsində meydana daxil olub və topa ilk toxunuşunda məhsuldar ötürmə edib.

“Ufa” Premyer Liqanın turnir cədvəlində 9 xalla 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right