Azərbaycan daha bir pillə gerilədi - UEFA reytinqi

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yeni reytinqdə Azərbaycanın  mövqeyi dəyişib. 18.500 xalı olan ölkəmiz 1 pillə geriləyərək 27-ci sıraya düşüb. Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib. Qonşu ölkə bu mövsüm daha çox reytinq yığması səbəbindən irəli keçib.

Qeyd edək ki, dəyişikliyə "Qarabağ"ın "Arsenal"a 0:3 hesablı məğlubiyyəti və "Astana"nın "Renn"ə 2:0 hesabı ilə qalib gəlməsi səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right