Ağır atletika üzrə İraq millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb

Ağır atletika üzrə İraq yığma komandası Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksində təlim-məşq toplanışına başlayıb. Qonaq milli ən azı iki həftə ölkəmizdə qalmağı planlaşdırır.
Bakıya yığma komandanın əsas heyət üzvləri ilə gələn iraqlılar, qarşıdakı qitə və dünya səviyyəli yarışlara intensiv məşqlərlə daha yaxşı hazırlıq keçmək niyyətindədirlər. Bunun üçün yaradılan şərait gərəkən planı həyata keçirməyə imkan verir. Bunu İraq millisinin məşqçilər heyəti də təsdiqləyib. Qeyd olunub ki, burada məşq, qidalanma, bərpa və istirahət üçün bütün infrastruktur qurulub, heç bir problem yoxdur.
Bu, İraq millisinin ölkəmizdəki sayca ikinci toplanışıdır. Buna qədər, müxtəlif vaxtlarda Səudiyyə Ərəbistanı, Oman, Misir və Mərakeş yığma komandaları da təlim-məşq toplanışı üçün Azərbaycanı seçmişdilər.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right