1 milyona millimizi seçən Renat Dadaşov Ermənistanla bağlı statusları bəyənir FOTO

Portuqaliyanın "Eştoril" və U-21 millimizin üzvü Renat Dadaşov intizamsızlığa görə gənc vaxtlarında ad çıxarmağı bacarıb.

İpə-sapa yatmayan futbolçuya pul hərisi kimi tanınır. Almaniya mətbuatı millimizi seçməyinin qarşılığında Renatın 1 milyon avro aldığını qeyd etmişdi. Renatın seçimində 3 rəngli bayraq, himn məsələsi təbii ki, rol oynamayıb. 1 milyonu görəndə gözlərinə işıq gələn futbolçu həyati fürsət hesab etdiyi şansı qaçırmayıb və Almaniya millisindən imtina edib.

Məsələn, Kosovo millisin üzvü Lirim Kastrati Xorvatiya, İsveçrə və Albaniya kimi yığmalardan təklif alsa da, doğulduğu ölkəni - Kosovonu seçib. Səbəbini isə belə izah edib: "Mən Kosovoda doğulmuşam. Bu ölkəni sevirəm və yığmam üçün əlimdən gələni edəcəm. Pul və digər sərfəli təkliflər bu formanı sevməyə əngəl ola bilməz".

Yəni, bu insan ölkəsinin bayrağı olan formanı puldan və hər şeydən üstün tutur. Ancaq bizim federasiya ölkəmizdə doğulan və ya odlar yurduna bağlılığı olan, ancaq qürbətdə olan bir çox futbolçunu pul qarşılığında yığmaya cəlb edir (Ramil Şeydayev, Renat Dadaşov, Emin Mahmudov, Ufuk Budak və.s).

Qayıdaq Renat məsələsinə. 19 yaşlı hücumçu sosial şəbəkə hesabında əlaqələrimizin yaxşı olmadığı, qatı düşmənimiz olan Ermənistanla bağlı statusları bəyənir. Əgər Renat bu ölkəni sevən biri olsaydı, atdığı addıma diqqət yetirərdi.

Ötən mövsüm qış fasiləsində "Ayntraxt"dan qovulmuş Dadaşovu klubun idman direktoru Freddi Bobbi yeyib yatmaqda günhalndırmış və artıq çəkisinin olmasına görə əsas komanda ilə təlim-məşq toplanışlarına qatılmamasını bildirmişdi. Renat ötən mövsümü demək olar, boş yerə keçirib. Renat keçən mövsüm komanda yoldaşını döymüş və bununla kifayətlənməyərək, məşqçini ən ağır sözlərlə təhqir etmişdi. Məhz bu səbəbdən də "Ayntraxt" millimizin üzvünü komandadan qovmuşdu.

Bu mövsüm isə "Eştoril"də ciddi nə iləsə yadda qalmayıb və bir oyunda rəqibinə qarşı bilərəkdən qaydanı pozaraq, meydandan qovulub.

Almaniyanın Rudeshaym şəhərində doğulan Renat Dadaşovun "Leyptsiq"də çıxış etdiyi vaxt klubun idman koordinatoru Axim Beyerlorzerlə mübahisə edib və gənc olmasına baxmayaraq, ona əl qaldırıb. "Ayntraxt"ın U-19 komandasında məşqçi olmuş Aleksandr Şur Dadaşovun nizam-intizamla bağlı probleminin olduğunu, özünü qeyri-peşəkar apardığını və sağlam pəhrizə əhəmiyyət vermədiyini qeyd edib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right