“Yuventus”un tarixində rekord

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Yuventus” “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, bununla da Turin klubu mövsümün startında ardıcıl 9-cu qələbəsini qazanıb. 

Bu isə klub tarixində rekorddur. Buna qədər ən yaxşı halda “Qoca Sinyora” mövsümə ardıcıl 8 qələbə ilə start vermişdi. 1930/1931 mövsümündə “Yuve” 9-cu görüşdə “Napoli”yə 1:2 hesabı ilə uduzmuşdu. 

Qeyd edək ki, cari mövsüm “Yuventus” “A” seriyasında 7, ÇL-də isə 2 qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right