Ramil Şeydayev yenə ehtiyatda qaldı

Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Rubin”lə 1-2 hesabı ilə uduzub.

Ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Ramil bu oyunda da şans qazamayıb. O, sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 9 turdan sonra 7 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right