"Çempionlar Liqasında bütün ölkə "Qarabağ"ı dəstəkləyirdi" – Pedro Enrike

"Yadıma gəlir, oyunlar vaxtı Yunanıstanda çılğın atmosfer olurdu. Çünki orada azarkeşlər öz komandalarına daha çox dəstək verirlər”.

Newsport.az-ın məlumatna görə, bu sözləri “Astana”nın yarımmüdafiəçisi Pedro Enrike klubun rəsmi telekanalına müsahibəsində deyib. Qazaxıstan və buna qədər çıxış etdiyi ölkələrdəkı azarkeş dəstəyini müqayisə edən braziliyalı yarımmüdafiəçi “Qarabağ”dakı karyerasını da xatırlayıb:

“Azərbaycanda da eyni vəziyyət idi. Çempionlar Liqasının oyunları vaxtı təkcə “Qarabağ” azarkeşləri deyil, bütün ölkə komandanı dəstəkləyirdi. “Astana”dakı ilk oyunum da stadiondakı atmosfer baxımından mənim üçün sürpriz oldu”.

Qeyd edək ki, Pedro ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right