Millimizin futbolçusu oynadı, komandası 3 xalı 3 qolla qazandı

Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına göə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:2. Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Aleksandriya” geridə qalan turlarda topladığı 19 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right