Nazarovun komandası yenə məğlubiyyətlə üzləşdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına göə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” də növbəti matçına çıxıb.

"Bənövşəyilər" səfərdə “Paderborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Nazarov bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanın sonunadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Aue” hazırda 7 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right