Dadaşov Almaniyada növbəti qolunu vurdu

Millimizin sabiq hücumçusu Rüfət Dadaşov çıxış etdiyi “Proyssen”də növbəti qolunu vurub.

Newsport.az-ın məlumatına görə, o, Almaniya 3-cü Liqasında 10-cu turda  "Veen"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda komandasının ilk qoluna imza atıb.

Bu, Rüfətin çempionatda 6-cı qolu olub. Hazırda o, bombardirlər siyahısına başçılıq edir.

 

"Proyssen" - "Veen" - 3:0

Qollar: Rüfət Dadaşov, 41, Akono, 84, Mrovka, 90-avtoqol

Qeyd edək ki, R.Dadaşov 90 dəqiqə meydanda olub. O, 53-cü dəqiqə sarı vərəqə ilə cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right