Millimizin sabiq üzvü Almaniya klubu ilə müqavilə imzaladı

Milli komandamızın sabiq üzvü Tuğrul Eratın yeni klubunun adına aydınlıq gəlib.  

Newsport.az-ın məlumatına göə, o, Almaniyada həvəskarlar liqasında çıxış edəcək.  26 yaşlı sağ cinah müdafiəçisi 5-ci diviziondan mübarizə aparan "Ştralen" klubu ilə müqavilə imzalayıb.  O, mövsümün sonuna qədər Oberliqa təmsilçisinin uğurları üçün çalışacaq. 

Eratın son klubu II Bundesliqa təmsilçisi "Duysburq" olub.  "Fortuna"nın yetirməsinin yayda "Union Berlin"ə keçidi gözlənilsə də, son anda razılıq əldə olunmayıb.  

Qeyd edək ki, Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right