Mourinyodan Poqba ilə bağlı sərt qərar

"Mançester Yunayted"ın baş məşqçisi Joze Mourinyo komandanın ulduzu Pol Poqba ilə bağlı sərt qərar verib.

Newsport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis fransalı futbolçunun transferə çıxarılmasını rəhbərlikdən istəyib. Bundan əlavə, futbolçularla toplantı edən 55 yaşlı çalışdırıcı Poqbanın bir daha "qırmızı şeytanlar"ın heyətində kapitan olmayacağını bildirib. Əgər sərfəli təkliflər gəlsə, 25 yaşlı yarımmüdafiəçi qışda "Mançester Yunayted"dən ayrılacaq.

Qeyd edək ki, Poqba Premyer Liqanın 6-cı turunda "Vulverhempton"la 1-1 hesablı heç-heçə etdikləri matçdan sonra Joze Mourinyonun oyun sistemini tənqid etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right