"Sportinq" "Atletiko"dan 30 milyon alacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in futbolçusu Jelson Martinş yay transfer dönəmində müqaviləsini təktərəfli pozaraq, Madrid "Atletiko"suna azad agent statusu ilə keçmişdi.

Newsport.az saytının məlumatına görə, Lissabon təmsilçisi Portuqaliya millisinin üzvü üçün "hindular"dan təzminat tələb etsə, rədd cavabı almışdı. Bu səbəbdən də klub FIFA-ya müraciət etmişdi. Qurum bu məsələni araşdırıb və "Atletiko"nun "Sportinq"ə 30 milyon avro ödəməsiylə bağlı qərar verib.

Qeyd edək ki, 23 yaşlı vinqer "Sportinq" yetirməsidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right