Lempardın komandası Mourinyoya şok yaşatdı

İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunlarına start verilib.

Newsport.az saytının məlumatına görə, "Mançester Yunayted" evdə Frenk Lempardın çalışdırdığı Çempionşip təmsilçisi "Derbi" ilə qarşılaşıb. Matçın əsas vaxtı 2-2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər zərbəsində aşağı dəstə təmsilçisi daha dəqiq oynayaraq, mərhələ adlayıb.

Qeyd edək ki, Lempard "Çelsi"də oynadığı dönəm hazırda "Mançester Yunayted"i çalışdıran Joze Mourinyonun rəhbərliyi altında çıxış edib. 

"Mançester Yunayted" 2-2 "Derbi"

Qollar: Xuan Mata, 3, Maruan Fellaini, 90+5 - Harri Uilson, 59, Cek Marriot, 85

Qırmızı vərəqə: Serxio Romero, 67 ("Mançester Yunayted")

Penaltilər: 7:8

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right