Əmrə Mor əvəzedici komandaya göndərildi

Türkiyə millisinin futbolçusu Əmrə Mor "Selta"da əsas heyətə düşə bilmir.

Newsport.az saytının məlumatına görə, viqoluların baş məşqçisi Məhəmməd Antonio gənc vingeri komandadan uzaqlaşdırıb və əvəzedicilərə göndərib. Mütəxəssis intizamsız futbolçu kimi ad qazanan Əmrənin əvəzinə digər futbolçulara şans verməyi düşünür. 

Qeyd edək ki, Əmrə Mor bu mövsüm La Liqada 5 turdan sonra cəmi 1 oyun (38 dəqiqə) meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right