Ramil Şeydayev yenə ehtiyatda qaldı

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” doğma meydanda “Krasnodar”a 0:3 hesabı ilə uduzub.

Ramil sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 8 turdan sonra 7 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right