"Arsenal"da daha bir itki: "Qarabağ"a qarşı oynamayacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Sokratis Papastatopulos zədələnib.

Newsport.az saytının məlumatına görə, o, İngiltərə Premyer Liqasının 6-cı turunda "Everton"a qarşı matçın (2:0) 39-cu dəqiqəsində dizindən zədə alıb və məcburi əvəzlənib. 30 yaşlı müdafiəçinin zədəsinin ciddi olub-olmadığı bu gün  tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-ü evdə “Arsenal”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right