Andrey Şevçenko Bakıya gəlməyi planlaşdırır

Ukrayna futbolunun canlı əfsanəsi, dünya futbol tarixinə imzasını qızıl hərflərlə atmış adam – Andrey Şevçenko Bakıya gəlməyi planlaşdırır.

Newsport.az saytının məlumatına görə, səfər Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Vorskla” oyunu çərçivəsində gerçəkləşə bilər. 

Məsələ burasındadır ki, Şevçenko 2016-cı ildən Ukrayna milli komandasının baş məşqçisidir. Gənc mütəxəssis ölkəsinin komandalarının görüşlərini canlı izləməyi üstün tutub, futbolçularla bağlı qeydlərini götürür. Şevçenko bir müddət öncə “Vorskla”nın “Arsenal”a qarşı matçda 2-4 hesablı məğlubiyyətini də canlı izləyib. 

Qeyd edək ki, “Qarabağ” – “Vorskla” görüşləri ardıcıl keçiriləcək. 25 oktyabrda  “Vorskla”, 8 noyabrda isə “Qarabağ” qonaq qismində mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right