Millimizin futbolçusunun başına 8 tikiş qoyuldu

"Keşlə"nin futbolçusu Sərtan Taşkının durumuna aydınlıq gəlib.  

Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt"la oyunun son dəqiqələrində rəqibin futbolçusu Atilla Yıldırrımla toqquşma zamanı başından xəsarət alan oyunçunun vəziyyəti qənaətbəxşdir. Belə ki, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan müdafiəçi bir neçə saat evə buraxılıb. 

Xoşbəxtlikdən 21 yaşlılardan ibarət milli komandamızın futbolçusunun beynində silkələnmə aşkarlanmayıb. Onun başına 8 tikiş qoyulub. 

Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right