Rusiyada azərbaycanlı futbolçuların derbisində qalib müəyyənləşmədi

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” evdə digər azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” ilə qarşılaşıb. Qarşılaşma 0-0 hesablı heç-heçə ilə yekunlaşıb.

Ayaz 90 dəqiqə meydanda olub. Azər Əliyev isə 90-cı dəqiqədə meydana daxil olmaqla yeni klubunda debüt edib.

“Rostov” geridə qalan 7 turdan sonra 14 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right