Dünyanın ən yaxşı futbolçusu “Qarabağ”ın rəqibinin heyətindədir?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Arsenal”ın futbolçusu Qranit Caka komanda yoldaşı Məsut Özil haqda danışıb.

Newsport.az-ın məlumatına görə, isveçrəli futbolçu İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

“Məndən dünyanın ən yaxşı futbolçusunun kim olduğunu soruşsaz, düşünmədən Məsutu deyərəm. O, birlikdə oynadığım ən yaxşı futbolçudu.

Topla oynamağı çox sevir. Həm meydanda, həm də meydandan kənarda bizə çox kömək edir. Möhtəşəm bir insandı. 

Petr Çex isə bizə ata kimidir. Bilmədiyiniz bir şeyi ondan rahatlıqla soruşa bilərsiz. O, hər şeyi bilir və hər zaman da kömək etməyə çalışır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right