Braziliyalı məşhur ulduz Bakıya gələcək

Braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək. 

Newsport.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.

Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək.

Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. "Roma" və "Milan"ın abiq ulduzu 1994 və 2002-ci illərdə dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right