"Favorit olduğumuzu düşünmürəm" - "Sportinq"in müdafiəçisi

"İstənilən komanda hörmətə layiqdir. Bu oyunun formal xarakterli olduğunu desək, yanılmış olarıq".

Newsport.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Sportinq"in müdafiəçisi Sebastian Koates deyib. Uruqvay millisinin üzvü favorit olduqlarını düşünmür: "Müasir futbolda asan rəqib yoxdu. Sürprizlər hər an baş verir. Favorit olduğumuzu düşünmürəm. Öz oyunumuzu oynamalıyıq".

27 yaşlı futbolçu qalib gəlmək üçün mübarizə aparacaqlarını deyib: "Matça yaxşı hazırlaşmışıq. Qalib gəlmək istəyirik. Evimizdə turnirə 3 xalla başlamaq əla olardı".

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right