Türkiyə futbolunda insident Meydana daxil olub, hakimi vurdu

Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.

Newsport.az-ın məlumatına görə, “Balıkesirspor” – “Ümraniyespor” matçının ilk hissəsi bitən zaman meydana daxil olan azarkeş oyunun hakimi Atilla Karaoğlana hücum edib.

Meydan sahiblərinin azarkeşi referiyə yumruq atıb. Bu səbəbdən hakimlər ikinci hissəyə çıxmayıblar və qarşılaşma yarımçıq qalıb.

Qeyd edək ki, hadisə ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right