Sabiq "Xəzər Lənkəran"lı Türkiyə klubunun baş məşqçisi təyin olunur

Türkiyənin "Akhisarspor" klubu baş məşqçisi Safet Suşiçlə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Evren Acar məlumat verib. O, baş məşqçinin göndərilməsinə uğursuz nəticələrin səbəb olduğunu bildirib.

Komandanın yeni baş məşqçisi yerli mütəxəssis olacaq. Artıq Mustafa Dənizli ilə böyük ölçüdə razılıq əldə olunub.  Vaxtıyla ölkəmizdə "Xəzər Lənkəran"ı çalışdırmış 68 yaşlı mütəxəssisin təyinatı yaxın saatlarda açıqlana bilər. 

Qeyd edək ki, "Akhisarspor" 5 turdan sonra ölkə çempionatında 2 xalla sonuncu pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right