Ayaz Quliyevdən məhsuldar ötürmə

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Ural”la qarşılaşıb. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

90 dəqiqə meydanda olan Quliyev məhsuldar ötürmə müəllifi olub. Ayaz 49-cu dəqiqədə fərqlənən Aleksey İonovo qol ötürməsi edib. 61-ci dəqiqədə isə Ayaz sarı vərəqə ilə cəzalanıb.

“Rostov” geridə qalan 7 turdan sonra 14 xalla 2-ci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right