"Sportinq"in baş məşqçisi: "Bizi Avropa Liqasında "Qarabağ"la vacib qarşılaşma gözləyir"

"Ölkə kubokuna qələbə ilə başlamaq vacib idi. Bu, həm də yeni istiqamətin başlanğıcı oldu. Çox ədalətli qələbə qazandıq. Daha çox qol vurmaq şansımız olsa da, bundan yararlana bilmədik. Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı mübarizə apardıq, rəqibin hücumlarının qarşısını aldıq, onlara oynamaq üçün şans vermədik. "Maritimo" yaxşı komandanız və bir neçə epizodda bizi təəccübləndirə bildi. Start heyətində oyuna başlayan və sonradan meydana daxil olan futbolçulardan razıyam".

Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeiru Portuqaliya Liqa Kubokunun ilk  turunda "Maritimo"ya qalib gəldikləri oyundan sonra deyib.  

O, komandasının qələbə qazanmasından, heyətdəki çətinliklərdən danışıb.  58 yaşlı çalışdırıcı komandasının yaxşı vəziyyətdə olmasından, lakin daha çox inkişaf etmələrinin vacibliyindən söz açıb: "Hədəfi yerinə yetirmək vacib idi. Komanda üzvləri bizim nə istədiyimizi bilir.  Addım-addım irəliləyirik. İlk hissədə bir qədər səbrsiz idik. İkinci hissədə isə daha yaxşı oynadıq. Heyətin formalaşdırılmasında digər komandalardan daha az vaxtımız olub.  "Maritimo" ilə oyunda bəzi əsas heyət üzvlərini meydana buraxmaq mənasız idi. Birləşmək və inkişaf etmək məcburiyyətindəyik. Mən oynamayan, şans qazanmayan futbolçularıma güvənirəm, onlardan daha çox uyğunlaşma tələb edirəm. Nani zədəli olduğu üçün Yovane Kabrala əsas heyətdə yer vermişdim".

Portuqaliyalı mütəxəssis iki gün sonra komandasını Avropa Liqasında "Qarabağ"la vacib oyun gözlədiyini, həmin matçın çətin keçəcəyini vurğulayıb: "Məqsəd "Maritimo" ilə oyunu qazanmaq idi. Yaxşı mübarizə apardıq və qələbə qazandıq. İndi bizi Avropa Liqasında əhəmiyyətli oyun gözləyir. Çətin oyundan qələbə ilə ayrılmaq bizim üçün vacib olacaq.  Bəzi futbolçulara keyfiyyətlərini artırmaq üçün imkan verdim. Digərləri ehtiyatda idi, digər futbolçulara isə istirahət vermişdim". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right