“Qarabağ”ın rəqibi 3 qolla qalib gəldi

Futbol üzrə Portuqaliya Liqa Kubokunun qrup mərhələsində ilk turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” də ilk matçına çıxıb.  Lissabon təmsilçisi doğma meydanda “Maritimo” ilə qarşılaşıb. Oyun “Sportinq”in 3:1 hesablı qələbəsiylə başa çatıb.

Hesabı 26-cı dəqiqədə Rafinya açıb. Digər qolları isə 54 və 63-cü dəqiqələrdə dubla imza atan Bruno Fernandes vurub.

“Qarabağ” “Sportinq”ə qarşı ilk oyununu sentyabrın 20-də səfərdə, cavab görüşünü isə noyabrın 29-da Bakıda keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right