MOİK stadionunu dəyişdi

UEFA Rusiyanın MOİK klubunun Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını "Lujniki" stadionunda keçirmək üçün etdiyi müraciəti cavablandırıb.

Newsport.az-ın məlumatına görə, ali futbol qurumu Moskva təmsilçisinin müraciətini müsbət qəbul edib. Bu qərarla, MOİK ÇL-dəki ev oyunlarını “Lujniki” stadionunda keçirə biləcək. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

MOİK ÇL-in G qrupunda İspaniyanın“Real”, İtaliyanın “Roma” və Çexiyanın “Viktoriya” komandaları ilə mübarizə aparacaq.

MOİK-nın ev oyunlarını keçirəcəyi “Lujniki” stadionu 81000 nəfərlik tutuma malikdir.

MOİK ev oyunlarını 30 min nəfərlik tutuma malik olan “MOİK Arena”da keçirirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right