Dadaşov qol vurdu, komandası uduzdu

Futbol üzrə Almaniya 3-cü Liqasında 7-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “1921 Aalen”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Azərbaycan yığmasının sabiq forvardı 85-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Dadaşovun komandası 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right