Təbriz klublarının fərqli durumda

Futbol üzrə İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri də bu turnirin cari mövsümündə ilk matçlarına çıxıblar.

“Maşinsazi” səfərdə “Kaspian”la qarşılaşıb. Təbriz klubu aşağı liqa təmsilçisini 2:1 hesabıyla məğlub edərək 1/8 finala yüksəlib.

Təbrizin daha məşhur “Traktorsazi” klubu isə startdaca mübarizəni dayandırıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı bu komanda səfərdə “Sanat Naft”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabıyla bitib. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 3:4 hesabıyla uduzan “Traktorsazi” kubokla erkən vidalaşmalı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right