"Qarabağ"ın rəqibində iki yeni futbolçu

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" iki futbolçusu ilə peşəkar müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb. London təmsilçisi Bukayo Saka və Artur Okonkvonu əsas komandaya cəlb edib. Müqavilə müddəti və digər detalları açıqlanmayıb.

Sözügedən futbolçu daha öncə "Arsenal"ın 18 yaşlılardan ibarət komandasında çıxış edib.

Qeyd edək ki "Qarabağ"ın "Arsenal"la ilk oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda, Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right