"Buffonun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim"

Fransa millisinin sabiq qapıçısı Sebastyan Frey "Yuventus"dan PSJ-yə transfer olan Canluici Buffonla bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı keçmiş qolkiper Buffonun Paris klubuna keçməsini yanlış hesab edib:

"PSJ-nin və Buffonun düşüncəsini başa düşmürəm. PSJ Alfons Areolya kimi qapıçısı ola-ola Buffonu niyə alır ki? Buffona hər zaman çox hörmət etmişəm. Tarix yazdı, amma onun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim". 

Qeyd edək ki, Frey "Kan", "İnter", "Parma", "Fionretina", "Cenoa" və "Bursaspor" kimi klublarda çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah