"Qarabağ"ın rəqibində üç zədəli futbolçu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın "Vorskla" klubunun üç futbolçusu zədəlidir.

Newsport.az-ın məlumatına görə, müdafiəçi Aleksandr Çijov, yarımmüdafiəçi Artem Qabelok və hücumçu Yuri Kolomoeç zədədən əziyyət çəkirlər. Onların ökə çempionatında "Karpat"la matçı buraxacağı bildirilib. Sözügedən oyunçuların  nə vaxt bərpa olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki,  Avroliqanın qrup mərhələsində “Qarabağ”la “Vorskla” arasında ilk qarşılaşma oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right