Cekson Martines Avropaya döndü

Çinin "Quançjao Everqrand" klubunda uğursuz karyera keçirən Kolumbiya millisinin üzvü Cekson Martines Avropaya qayıdıb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı forvard Portuqaliyada çıxış edəcək. Martines "Portimonensi"ylə müqavilə bağlayıb. Şərtlərə görə, kolumbiyalı futbolçu Portimau təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Martines Avropada "Portu"dakı çıxışı ilə tanınıb. 2015-ci ildə "Atletiko" Ceksonu 35 milyon avro qarşılığında transfer etmişdi. Lakin Madrid təmsilçisi Martinesi 6 ay sonra Çinin "Quançjao Everqrand" klubuna 42 milyon avroya satmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right