"Oğlumu "Atletiko"ya transfer etmərəm" Dieqo Simeone

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Fiorentina"da çıxış edən oğlu Covanni Simeone barədə danışıb.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis Covanni ilə eyni komandada olmaq istəmədiyini dilə gətirib: "Oğlum istedadlı futbolçudur, amma onunla eyni komandada olmaq istəmirəm. Övladınla paltardəyişmə otağında yer almaq çətin hisslərdir. Buna görə şəxsi həyatımızda problemlər yaşaya bilərik. 5-6 il ərzində daha da güclü futbolçu olsa, bu mövzuya qayıda bilərik. Mən "Atletiko"dan ayrılandan sonra bura gələ bilər".

Qeyd edək ki, 23 yaşlı Covanni Argentina millisinin üzvüdür. Onun "Fiorentina" ilə 2022-ci ilə kimi müqaviləsi var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right