"Arsenal" və "Sportinq"in "Qarabağ"la "Vorskla"dan işıq ili fərqi

"Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə birgə mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, bu komandaların futbolçularının dəyərləri açıqlanıb.

"Qarabağ"da futbolçuların ümumi dəyəri 12,35 milyon avrodur. Ağdamlıların ən bahalı futbolçusu bolqarıstanlı Simeon Slavçevdir (1,1 milyon avro). Abdullah Zubirlə Dani Kintananın dəyəri 1 milyon avro göstərilib. Miçel 900 min, Donald Gerye və Filip Ozobiç isə 800 min avro dəyərində qiymətləndiriliblər.

"Arsenal"ın dəyəri isə 554 milyon avrodur. Komandanın ən bahalısı kimi qabonlu forvard Pyer-Emerik Obameyanq göstərilib (75 milyon avro). Aleksandr Lyakazett 60 milyon, Məsut Özil və Aaron Remzi isə 45 milyon avro dəyərindədirlər. Hektor Bellerin isə 40 milyon avro qiymətləndirilib.

"Sportinq"də isə futbolçuların ümumi dəyəri 157,58 milyon avrodur. Komandanın ən bahalısı 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesdir (30 milyon avro). Bas Dost 22 milyon, Markos Akuna 15 milyon, Sebastian Koates 10 milyon avro dəyərində göstərilib.

"Vorskla"nın dəyəri isə 12 milyon avro göstərilib. Komandanın ən bahalısı yarımmüdafiəçi Vladimir Çesnakovdur (1 milyon avro). İqor Perduta, Yuri Kolomoets və Artur 800 min, Ardin Dalku isə 700 min avro qiymətində göstərilib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right