FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edir

FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər.

Newsport.az-ın məlumatına görə, ali futbol qurumu maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır.

Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək.

Qərar qüvvəyə minərsə, bu, ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Bu klublar yay fasiləsində müvafiq olaraq, 40 və 26 oyunçusunu icarəyə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right