Terri "Spartak"dan imtina etdi

"Aston Villa"dan ayrılan Con Terri Rusiyanın "Spartak" klubuna transfer olmaqdan imtina edib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat verib: "Uzun müddət düşündükdən sonra Moskva klubuna getməmək barədə qərar verdim. "Spartak"a təşəkkür edirəm və mövsümün qalan hissəsində onlara uğurlar arzulayıram. Peşəkarlıqlarına heyran qaldım. Ancaq ailəmlə görüşündən sonra Rusiyanın yaxşı seçim olmadığına qərar verdik. Uğurlar, "Spartak"!"

Con Terri daha öncə "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Lissabon "Sportinq"inə keçməkdən imtina edib.

Qeyd edək ki, Con Terri 2003-2012-ci illərdə İngiltərə millisində çıxış edib. Təcrübəli futbolçu "Vest Hem" və "Çelsi" kimi klublarda çıxış edib. Terri ötən mövsümü "Aston Villa"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right