Pirlo Avstraliya klubunun bir oyunluq təklifini rədd etdi

Avstraliyanın "Avondale" klubu İtaliya millisinin sabiq üzvü Andrea Pirloya bir oyunluq təklif göndərib.

Newsport.az-ın məlumatına görə, veteran futbolçu "Avondale"nin sentyabrın 19-da "Sidney"ə qarşı keçirəcəyi oyun üçün təklif alıb. Lakin 39 yaşlı Pirlo təklifi rədd edib.

Qeyd edək ki, "Breşiya"da futbola başlayan Pirlo "İnter", "Milan", "Yuventus" kimi klublarda çıxış edib. İtaliya millisinin sabiq üzvü 2017-ci ildə "Nyu York Siti"də karyerasını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right