Donald Gerye: "Özümü universal futbolçu hesab edirəm"

"Özümü universal futbolçu hesab edirəm. Müdafiə və yarımmüdafiənin cinahlarında və hücum xəttində çıxış etmək bacarığım var".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın haitili futbolçusu Donald Gerye deyib. 29 yaşlı futbolçu Ağdam klubunda sol cinah müdafiəçisi kimi oynamağın ona problem yaşatmadığını bildirib: "Nəinki "Qarabağ"da, millidə də istənilən mövqeydə oynayaram. Hər şey komandanın oyunundan asılıdır. Baş məşqçi məni hansı mövqeyə qoysa, onun arzusunu reallaşdırmağa hazıram".

Haiti millisinin heyətində Sent-Martinlə matçda (13:0) iki assist edən oyunçu azarkeşlərin inamını qazanmaq istədiklərini bildirib: "Bi Haiti azarkeşlərinin inamını qaytarmaq istəyirik. Bizim azarkeşlər əvvələr futbolçulara qarşı çox sərt davranırdılar. Komandada yaxşı olduğumuz üçün seçilirik. Bəzən bizə tənqidlər həddən artıq çox olur".

Qeyd edək ki, Gerye 2017-ci ildən "Qarabağ"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right