Mario Balotelli çəkisi ilə hamını şoka saldı

Transfer dönəmində komandasını dəyişməyən və "Nitsa"da qalan Mario Balotelli üçün sürpriz iddia ortaya atılıb.

Newsport.az-ın məlumatına görə, İtaliya millisinin baş məşqçisi Roberto Mançini tərəfindən yığmaya dəvət alan, lakin Polşa ilə yoxlama görüşündə bərbad oyun nümayiş etdirən hücumçunun artıq çəkisi olduğu bildirildi. Fransa mətbuatının məlumatına görə, yayda komanda yoldaşlarından 2 həftə çox istirahət edən hücumçunun çəkisi 100 kq olub. Onun normal çəkisi isə 88 kq olmalıdır.

Qeyd edək ki, 28 yaşlı hücumçunun "Nitsa" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right