"Qəbələ"nin futbolçusu Beninə qarşı oynadı

"Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun 2-ci turunda iştirak edib.

Lalavelenin heyətində yer aldığı Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. O matçın 43-cü dəqiqəsində sarı vərəqə alıb.

İki turdan sonra hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right