Dzeko Prosineçki və Şehiçi sevindirdi

Bosniya və Hersoqovina millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkinin baş məşqçisi olduğu Bosniya millisi Avstriyanı 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini həll edən yeganə qolu 78-ci dəqiqədə Dzeko vurub.

“Qarabağ”ın keçmiş qolkiperi İbrahim Şehiç 90 dəqiqə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 2 turdan sonra 6 xalı olan Bosniya və Hersoqovina millisi B liqasının 3-cü qrupunda liderdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right