“Neftçi”nin sabiq məşqçisi milliyə görə utanır

“Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela ölkəsinin yığması - Çexiya millisinin yoxlama oyununda Rusiyadan aldığı böyükhesablı yenilgini (1:5) şərh edib. 

Newsport.az-ın məlumatına görə, Petrjela nəticəyə görə utandığını bildirib:

“Təəssüf ki, bu nəticəyə görə bəraət qazandırmaq üçün hansısa söz tapa bilmirəm. Çexiya millisinin ruslara qarşı göstərdiyi oyuna görə utandım. Amma anlamaq lazımdır ki, Çexiya futbolunun problemləri dərindir. 

Çexiyalı futbolçular Avropanın müxtəlif klublarında yaxşı çıxış edə bilərlər. Amma yığmada hər şey çox bərbad görünür. Bir müddət əvvəl Çexiya Avropada aparıcı yığmalardan biri idi. İndi isə faciəvi durumu təsvir etmək çətindir”. 

Qeyd edək ki, böyükhesablı yenilgidən sonra Çexiya millisinin baş məşqçisi Karel Yarolim vəzifəsindən uzaqlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right