"Barselona"nın futbolçusunun doğum günü şənliyi gözündən gəldi

"Barselona"nın hücumçusu Muni El Həddadi qalmaqala səbəb olub.

Newsport.az-ın məlumatına görə, sentyabrın 1-də 23 yaşı tamam olan hücumçu Madriddə doğum günü şənliyi qeyd edərkən polislərin müdaxiləsiylə üzləşib. Mərakeş əsilli futbolçu Madridin ən ünlü gecə klubu olan "Tiffani"yə 40-a yaxın dost-tanışı ilə gedib. Partinin sonunda hesabı istəyən Əl Həddadi şok yaşayıb. Ona 16 min avroluq çek verilib. Munis bu duruma əsəbləşərək, yemək, içki və qəlyanların pulunu ödəməkdən imtina edib. Məkanın sahibi isə dərhal polisə məlumat verib. Belə olan halda isə "Barselona"nın futbolçusu geri addım atıb və olayın böyüməməsi üçün 16 min avroluq hesabı ödəyib.

Qeyd edək ki, Munir peşəkar karyerasına "Barselona"da başlayıb. O, "Valensiya" və "Alaves"də icarə əsasında çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right